AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İmkan verin işimizi görək, əfəndilər

  • + A
  • - A
  • 16-04-2024, 09:40

    İmkan verin işimizi görək, əfəndilər

    Elnurə Abuşova
    O dəfə bir həmkar qurumların birinin mətbuat xidmətinə yanımda yazdı, rəhbərdən müsahibə istəyirdi. Qurum sözçüsü də link göndərdi ki, filan agentlikdə yazımız var əhatəli, burdan istifadə et, özün müsahibə hazırla. Qısaca, mətbuat xidməti rəhbəri işini görmək əvəzinə, media subyektinə dəstək əvəzinə onu copy+paste-yə sürükləyirdi.
    Niyə ad çəkmirəm, çünki əksəriyyəti belədir. Sorğu göndərəndə ağıllı çıxıb google-də axtarmağı məsləhət görən mətbuata məsul sözçülər də var. Yadımdan çıxmamış, haqqa girən tiplərə də diqqət ayırmaq istəyirəm. Dəfələrlə olub sorğu göndəririk ki, özəl xəbərimiz olsun, cavab ya media qrupa gəlir, özəlliyindən əsər-əlamət qalmır, ya da yaltaq mirzələr onu xəbər şəklində daydaylı xəbər agentliklərinə ötürür. Sən cavab gözləyirkən, mövzu xəbər kimi arxalı saytların manşetini bəzəyir.
    Brifinqlərdə də sual verib məqalə hazırlamaq olar cavab əsnasında, son dövrlər saytlara bunu da çox görürlər, bəhanə edirlər tv və agentlikləri çağırdıq ancaq. Nə baş verir? Nəyə əsasən? Səbəb sadədir, senzuradan keçməyən sual istəmirlər. Rəhbərləri də, özləri də vəzifəni məsuliyyət yox, imtiyaz hesab edirlər...
    Ölkə rəhbəri mediaya, media nümayəndələrinə hər zaman diqqəti ilə seçilib. Ayrı-seçkiliyi edən kimlərdi? Kimdən təlimat alırlar? Mövzu genişdir, müstəqil ekspertlərin açıqlamaları ilə mövzuya yenidən qayıdacam. İmkan verin işimizi görək, əfəndilər!
    Sonda isə Media haqqında Qanunun bəndlərini vicdanını, işinin məsuliyyətini unutmuşlara bir daha xatırladıram:

    17.1. Media subyektləri və jurnalistlər cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi vəziyyət haqqında, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə düzgün informasiya almaq hüququna malikdirlər. Bu hüquq qanunla müəyyənləşdirilmiş hallardan başqa məhdudlaşdırıla bilməz.

    17.4. Media subyektləri və jurnalistlər məlumatı verməkdən imtina edən dövlət orqanlarından (qurumlarından), bələdiyyələrdən, müəssisə və təşkilatlardan, qeyri-hökumət təşkilatlarından, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən qanunla müəyyənləşdirilmiş qaydada şikayət etmək hüququna malikdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR