AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mask ABŞ-da qeyri-qanuni miqrantların sayının çox olduğunu söylədi

  • + A
  • - A
  • 17-04-2024, 07:53

    Mask ABŞ-da qeyri-qanuni miqrantların sayının çox olduğunu söylədi

    Amerikalı iş adamı İlon Mask ABŞ-ın hazırkı rəhbərliyinin yürütdüyü miqrasiya siyasətini ağılsızlıq adlandırıb. İş adamı müvafiq postu X sosial şəbəkəsində (keçmiş Twitter) dərc edib.

    Belə ki, o, jurnalist Eşli Sent Kleyrin hesabında yazdığı yazıya münasibət bildirib. Söhbət Nyu-Yorkda City Hall yaxınlığında qeyri-qanuni miqrantların mitinqi ilə bağlı mesajdan gedir.

    Etiraz aksiyasına minlərlə insan qoşulub. Yeni gələnlər ABŞ-da daimi yaşayış və işləmək üçün icazə tələbi ilə küçələrə axışıblar.

    “Özüm bir mühacir olaraq, qanuni immiqrasiyaya çox müsbət baxıram, lakin milyonlarla yoxlanılmamış insanın Birləşmiş Ştatlara girməsinə icazə vermək ağılsızlıqdır” deyə Musk yazıb.

    Onun sözlərinə görə, son üç il ərzində ölkəyə 7,2 milyona yaxın qeyri-qanuni miqrant gəlib. Onların sayı Amerikanın 36 ştatının əhalisindən çoxdur, sahibkar vurğulayıb.

    Aprelin 9-da Mask bildirib ki, ABŞ-a miqrant axını səbəbindən “11 sentyabr hücumu” səviyyəsində terror hücumu riski artıb. Onun dediyi kimi, indiki məqamda bu, yalnız zaman məsələsidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR