AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADU-da “Füzulişünaslığın aktual problemləri” adlı tədbir keçirilib

  • + A
  • - A
  • 30-04-2024, 11:50

    ADU-da “Füzulişünaslığın aktual problemləri” adlı tədbir keçirilib

    ADU-nun Xarici ölkələr ədəbiyyatı kafedrasının və Magistratura şöbəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş “Füzulişünaslığın aktual problemləri” adlı tədbir keçirilib.

    Magistratura şöbəsinin ədəbiyyatşünaslıq ixtisasının və Filologiya fakültəsinin tələbələrinin iştirak etdiyi görüşün qonağı AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Füzulişünaslıq” sektorunun müdiri, fil.e.d., professor Ataəmi Mirzəyev olub.

    Tədbiri giriş sözü ilə açıq elan edən kafedranın müdiri professor Aynur Sabitova mövzunun aktuallığı və bu sahədə magist və tələbələrin məlumatlandırılmasının vacibliyi haqqında danışıb.

    Qonaq M.Füzulinin yaradıcılığı haqqında geniş çıxış edib, qəzəllərdən nümunələr vasitəsilə görkəmli şairin dühasının özünəməxsusluğunu vurğulayıb.

    Eyni zamanda qonaq bu il çərçivəsində Füzulişunaslıq sahəsində görülən işlər, keçirilən tədbirlər, yeni tədqiqat əsərlərinin nəşrləri barədə məlumat verib. Görüş müəllim, magistr və tələbələrin sualları əsasında formalaşan müzakirələrlə davam edib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR