AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ TƏRƏFİNDƏN “YAŞIL GƏLƏCƏK NAMİNƏ” ADLI AKSİYA TƏŞKİL OLUNACAQ

  • + A
  • - A
  • 9-05-2024, 02:44

    DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ TƏRƏFİNDƏN “YAŞIL GƏLƏCƏK NAMİNƏ” ADLI AKSİYA TƏŞKİL OLUNACAQ


    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına başlayır.

    Aksiya çərçivəsində cari ilin may-oktyabr aylarında bölgələrdə və Bakıda dini icma üzvləri, din xadimləri, habelə yerli icra hakimiyyəti orqanları və gənclərin iştirakı ilə silsilə abadlıq, yaşıllaşdırma tədbirləri keçiriləcək. Məqsəd İslam və qeyri-islam dini icma üzvlərini, eləcə də cəmiyyətin müxtəlif təbəqələrindən ibarət könüllüləri bir araya gətirərək dini ibadət evlərinin ətrafında, həmçinin yaxınlıqdakı ictimai yerlərdə yaşıllaşdırma işləri aparmaq, yaşıllıq zonalarının bərpasına və genişləndirilməsinə təşviq etmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək və iqlim dəyişikliyinin yarada biləcəyi problemlərlə mübarizəyə töhfə verməkdir.

    Həmçinin layihə bu il Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbir çərçivəsində cəmiyyətdə ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə, ətraf mühitin və ictimai məkanların abadlaşdırılmasına töhfə verməklə yanaşı, dini icmalar arasında qlobal və ümummilli məsələlərdə həmrəylik və əməkdaşlığı daha da artırmağa xidmət edəcək.

    Qeyd edək ki, aksiyaya Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə may ayının 10-da start veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR