AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı biznesmen yarım milyard itirdi - İki aya

  • + A
  • - A
  • 2-03-2017, 09:49

    Azərbaycanlı biznesmen yarım milyard itirdi - İki aya













    Rusiyanın 28 milyarderinin 2017-ci ilin ilk iki ayı üçün ümumi sərvəti 26,9% artıb.

    “Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index”in (BBI) məlumatında bildirilir.

    Məlumata görə, “USM Holdings”in rəhbəri Alişer Usmanov ilin əvvəlindən öz sərvətini 1,2 milyard dollardan 14,1 milyard dollara qədər, “Rusal” şirkətinin prezidenti Oleq Deripaska 521,3 milyon dollar, Maqnitorsk metallurgiya kombinatının rəhbəri Viktor Raşnikov 900,3 milyon dollar, Novolipetsk Metallurgiya Kombinatının direktorlar şurasının rəhbəri Vladimir Lisin 850,2 milyon dollar, “Yevrohima”nın varisi Andrey Melnitsenko 179 milyon dollar artırıb.

    Sərvətinin həcmini azaldanlar sırasında isə Aleksey Mordaşov (362,8 milyon dollar), Gennadi Timçenko (26,8 milyon dollar), eləcə də “Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı biznesmen Vahid Ələkbərov (551,8 milyon dollar) var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR