AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada Putinin kortejini “partlatmaq” istəyiblər

  • + A
  • - A
  • 24-07-2019, 09:54

    Rusiyada Putinin kortejini “partlatmaq” istəyiblər

    Rusiyanın Yekaterinburq şəhərində iki kişi prezident Vladimir Putinin kortejinin getdiyi yolu “minalamaq” istəyib.

    “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə iyulun 9-da Putinin GMIS sammitində çıxışından və Ural Federal Universitetinin tələbələri ilə görüşündən sonra “Kolitsovo” hava limanına gedən yolda qeydə alınıb.

    İki şəxs prezident kortejinin hərəkət etdiyi yola bomba mulyajı qoyub. Polis əməkdaşları qanun pozucularını dərhal saxlayıb. Onların daha əvvəl məhkumluğunun olduğu müəyyən edilib.

    Canilər öz əməllərini hüquq-mühafizə orqanlarının sayıqlığını yoxlamaq niyyətində olmaları ilə izah ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR