AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həsən Ruhani: “İranla müharibə bütün savaşların anasıdır”

  • + A
  • - A
  • 7-08-2019, 09:57

    Həsən Ruhani: “İranla müharibə bütün savaşların anasıdır”

    “Rəsmi Tehran Vaşinqtonla danışıqlar aparmağa hazırdır. Lakin bunun üçün Ağ Ev administrasiyası İran üzərindəki sanksiyaları götürməlidir”.

    Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bəyan edib.

    İranın dövlət başçısı savaş arzulayanlara xəbərdarlıq etməyi də unutmayıb: “İranla müharibə bütün savaşların, sülh isə bütün barışların anasıdır”.

    İran İslam Respublikasının prezidenti bundan başqa Ağ Evdəki quzğunları, İsraildəki sionist rejimini və Yaxın Şərqin mürtəce dövlətlərini “Şər üçbucağı” adlandıraraq, İranın atdığı hər addımın onlarda əsəb və hiddət yaratdığını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR