Ruhani yenidən İran prezidenti seçildi
İranda keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Həsən Ruhani qələbə qazanıb
Bu barədə "Mehrnews" və "İrna" agentlikləri ilkin nəticələrə istinadən məlumat yayıb.
Bildirilib ki, hazırda səslərin 38,914,470 milyonu sayılıb və Həsən Ruhani 22,796,468 milyon səs toplayıb.
Prezidentliyə digər əsas namizəd İbrahim Rəisi isə 15,452,194 milyon səs yığıb. Mustafa Ağa Mirsalim 455,211 min, Mustafa Haşemi – Taba 210,597 min səs toplayıb.
İranda səsvermə hüququna malik əhalinin sayı 56 milyon nəfərdir.
Xatırladaq ki, Ruhani 2013-cü ildə 50,68 faiz səs toplayaraq prezident seçkilərinin ilkin turunda qalib gəlib.