AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə xalqı bu dəyişikliklərə "evet" dedi - 27 DƏYİŞİKLİYİN SİYAHISI

  • + A
  • - A
  • 17-04-2017, 09:59

    Türkiyə xalqı bu dəyişikliklərə "evet" dedi - 27 DƏYİŞİKLİYİN SİYAHISI

















    Xəbər verdiyimiz kimi, Türkiyədə bu gün referendum keçiriləcək.

    Türk xalqı 51,37%-lə konstitusiya dəyişikliyinə "hə" deyib.

    Oxucularımızın marağını nəzərə alaraq qardaş ölkədə "hə" deyilən dəyişiklikləri təqdim edirik

    Qeyd edək ki, aprelin 16-da Türkiyə xalqı 200 illik bir idarəçilik sisteminin ləğvinə "Evet" deyib.

    Yeni konstitusiyanın maddələri aşağıdakılardan ibarətdir və Türkiyədə bu dəyişikliklər baş tutacaq.

    1. Türkiyə Böyük Millət Məclisinin (Parlamentin) deputatların sayı 550-dən 600-ə qaldırılacaq.

    2. Deputat seçilmək yaşı 25-dən 18-ə endiriləcək

    3. Parlament və prezident seçkiləri 5 ildən bir olacaq, seçkilər eyni gündə baş tutacaq.

    4. Parlament nəzarət və məlumat əldə etmə səlahiyyətini "Parlament araşdırması", "Ümumi toplantı", " Parlament istintaqı" və "Yazılı sual" yolu ilə istifadə edə biləcək.

    5. Prezidentin partiyasıyla əlaqəsi kəsilməyəcək.

    6. Prezidentin vəzifə müddəti 5 il olacaq, bir adam ən çoxu 2 dəfə prezident ola biləcək.

    7. Prezidentliyə seçkilərdə etibarlı səslərin ən az 5%-ni alan partiyalar ilə ən azı 100 min seçici namizəd göstərə biləcək.

    8. Seçkidə etibarlı səslərin tam əksəriyyətini alan namizəd prezident seçiləcək.

    9. Prezident "dövlət başçısı" olacaq, icra mandatı ilə birlikdə baş komandanlığı təmsil edəcək

    10. Prezident müavinlərini, yəni vitse-prezidentləri və nazirləri təyin edə, həmçinin vəzifələrinə xitam verə bilər.

    11. Prezident konstitusiya dəyişikliklərinə dair qanunları lazım bildiyi təqdirdə referenduma təqdim edə biləcək.

    12. Prezident icra nümayəndəsinə bağlı məsələlərdə prezident fərmanı verə biləcək

    13. Qanunda açıq şəkildə tənzimlənən məsələlərdə prezident fərman verə bilməyəcək.

    14. Parlamentin həmin məsələdə qanun qəbul etməsi vəziyyətində, prezident fərmanı qanunsuz sayılacaq.

    15. Parlament prezident, vitse-prezidentlər və nazirləri haqqında istintaq açılmasını tələb edə biləcək.

    16. Barəsində cinayət işi açılan prezident seçki qərarı verə bilməyəcək.

    17. Prezident bir və ya birdən çox vitse-prezident təyin edə biləcək.

    18. Vitse-prezidentlər və nazirlər deputat seçilmək iqtidarına malik olanlar arasından prezident tərəfindən təyin oluna və vəzifəsindən çıxarıla biləcək.

    19. Deputatın vitse-prezident və ya nazir təyin olunması vəziyyətində parlamentə üzvlükləri başa çatacaq.

    20. Parlament üzvlərinin ümumi sayının beşdə üç əksəriyyəti ilə seçkilərin yenilənməsinə qərar verə biləcək.

    21. Prezident qanunda tənzimlənən uyğun şərtlərin reallaşması vəziyyətində "fövqəladə vəziyyət" elan edə biləcək.

    22. İntizam məhkəmələri istisna olmaqla, hərbi məhkəmələr qurulmayacaq

    23. Hakimlər və Prokurorlar Ali Qurumunun adı, Hakimlər və Prokurorlar Qurumu şəklində dəyişəcək.

    24. Büdcəni prezident Parlamentə təqdim edəcək

    25. Nazirlər Kabineti olmayacaq. İcra səlahiyyəti və vəzifəsi, prezident tərəfindən konstitusiyaya və qanunlara uyğun olaraq, istifadə ediləcək və yerinə yetiriləcək

    26. Parlamentin növbəti seçkisi və prezident seçkiləri, 3 noyabr 2019-ci il tarixində birlikdə keçiriləcək.

    27. Hərbi prokurorluq, hərbi ali məhkəmə və hərbi məhkəmələr yığışdırılacaq


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR