“Almatıda etirazçılar hərbçiləri döyüb, alçaldıb, çılpaq halda küçələrdə gəzdirib, qadınlara hücum edib və mağazaları qarət edib”.
Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev televiziya vasitəsilə xalqa müraciətində bildirib.
O, etirazçıların Almatıda yaşayan bütün sakinlərin təhlükəsizliyinə təhdid olduqlarını vurğulayıb.
Tokayev polis və hərbi qulluqçulara təşəkkür edib. O, hüquq mühafizə orqanlarının əməkdaşları arasında ölənlərin və yaralananların olduğunu qeyd edib.
Qazaxıstan Prezidenti etirazçılara sərt cavab veriləcəyini də diqqətə çatdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.