AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tokayev maye qazın, dizel və benzinin qiymətlərinin müvəqqəti dövlət tənzimlənməsini tətbiq etməyi tapşırıb

  • + A
  • - A
  • 5-01-2022, 08:53


    Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev mayeləşdirilmiş qaz, benzin və dizelin qiymətlərinin 6 ay müddətində dövlət tənzimlənməsinin tətbiqi barədə göstəriş verib. O, bu barədə ölkənin sosial-iqtisadi vəziyyətinə həsr olunmuş müşavirədə məlumat verib. Azadmedia.az xarici kiv-lərə istinadən xəbər verir ki, dövlət başçısı vurğulayıb ki, əhali üçün maksimum qiymətlər ötən ilin sonundakı qiymət səviyyəsini aşmamalıdır.
    Onun sözlərinə görə, ölkədə qaz sənayesini yenidən işə salmaq lazımdır.

    “Sistemli, lakin düşünülmüş və mərhələli islahatlar olmadan edə bilməz. Qaz sənayesinin keyfiyyətcə yenidən işə salınması, daxili bazarda kommersiya qazının tam yüklənməsini təmin etmək lazımdır”, - Tokayev qeyd edib.
    O əlavə edib ki, maye qazın bahalaşması ilə bağlı etiraz situasiyasının yaranmasına görə hökumət, xüsusən də Energetika Nazirliyi məsuliyyət daşıyır. Eyni zamanda, Tokayev Qazaxıstanın siyasi, sosial və iqtisadi strukturunun dəyişməz qalacağını vurğulayıb.
    Xatırladaq ki, yanvarın 2-də Manqistau vilayətinin bir sıra şəhərlərində mitinqlər başlayıb. Sakinlər yanacağın qiymətinin aşağı salınmasını tələb edirlər, onların dediyinə görə, yanvarın 1-dən qiymət iki dəfə artıb. Ölkədə etirazlar fonunda iğtişaşlar başlayıb.
    Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bölgədə fövqəladə vəziyyət və yanvarın 19-dək komendant saatı tətbiq edib. Bundan əlavə, o, hökumətin istefasını qəbul edib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR