AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya ABŞ-a XƏBƏRDARLIQ ETDİ

  • + A
  • - A
  • 28-01-2022, 13:28

    Rusiya ABŞ-a XƏBƏRDARLIQ ETDİ

    “Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalar paketi tətbiq etməsi ABŞ və Rusiya arasında münasibətləri kəsməyə bərabər olacaq”.

    AzadMedia.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.

    “Bu barədə bir neçə dəfə deyilib”, - o bildirib.

    S.Lavrova Rusiyanın ABŞ və NATO ilə apardığı müzakirələrə də toxunub.

    “ABŞ və NATO ilə danışıqların başa çatdığını deyə bilmərəm. Hazırda Şimali Atlantika Alyansı ilə razılaşmada əldə olunmuş sadə təkliflər öyrənilir”, - nazir söyləyib.

    Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib ki, ABŞ Rusiya ilə ikitərəfli formatda, həmçinin NATO və ATƏT platformalarında danışıqları davam etdirməyə hazırdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR