Yadplanetlilər əhalisi çox olan bölgələri məhv edəcəklər — 51-ci Zonanın işçilərindən ŞOK FAKTLAR
Uzun illərdir bəşəriyyəti düşündürən ən məchul suallardan biri də yadplanetlilərin varlığıdır.
“Ölkə.Az” xəbər verir ki, ABŞ-ın məşhur 51-ci Zonası bir çox insan tərəfindən yadplanetlilərin saxlanıldığı yer kimi tanınır. 51-ci Zonanın sirri nədir? Orada nələr baş verib? Amerika həqiqətən də yadplanetlilərlə rabitə qura bilibmi?
1947-ci ildə Rozveldə UNO qəzaya uğrayıb. İddiaya əsasən, bu gəmidən əldə edilən texnologiya inkişaf etdirilib, əldə edilən məlumatlarla lazerli raket, digər üstün texnologiyalar məhz 51-ci Zonada istehsal edilir.
Boyd Buşman 51-ci Zonada işləyib və ölümündən qısa müddət əvvəl çəkdiyi video ilə ərazidə baş verənlərdən bəhs edib.
Buşman ABŞ rəsmiləri tərəfindən inkar edilən 51-ci Zona mərkəzini gördüyünü və orada yadplanetlilərin strukturu ilə bağlı çalışmalar həyata keçirən bir qrup elm adamının olduğunu söyləmişdi.
Boyd çəkilən fotoları fakt kimi təqdim edərək, lentə aldığı videoda 51-ci Zona mərkəzində ələ keçirilən yadplanetlilərin iki növ olduğunu bildirmişdi.
Bu yadplanetlilər dünya insanlarına yaxınlıq və düşmənçilik göstərənlər kimi iki qrupa ayrılmışdı.
İddiaya görə, uzun barmaqları və pərdəli ayaqları olan yadplanetlilər Quintumia adlı bir planetdn gəlmişdilər.
51-ci Zonada yaşayan yadplanetlilərin bir çoxunun yaşı 250-dən çoxdur və 18-i ABŞ üçün işləyir.
Bir yadplanetli gəmidən əldə edilən kosmik daşın 2000 Amper gücündə olduğu bildirilir.
51-ci Zonada işləyən Buşman qeyd edib ki, müntəzəm olaraq başqa bir paraleldə olan varlıqlarla əlaqə qurulub. Bu varlıqların bir çoxu hərbi birləşmələrə sızıb.
Buşmanın iddiasına əsasən, yadplanetlilər dünyada əhalinin sıx yaşadığı bölgələri məhv etməyə çalışacaqlar. Beləcə, əhalinin az yaşadığı bölgələri daha rahat idarə etməyi planlaşdırıblar.