Tramp müsəlmanlara qarşı fərman imzaladı
ABŞ prezidenti Donald Tramp qaçqınların ölkəyə qəbulunu məhdudlaşdıran və miqrant vizalarının verilməsini çətinləşdirən fərmanı imzalayıb.
Qafqazinfo xəbər verir ki, fərmanın qəbulu nəticəsində ABŞ bütün qaçqın proqramını 120 günlüyə dayandırıb.
Fərmana əsasən, əhalisinin əksəriyyəti müsəlman olan Suriya, İraq, Liviya, İran, Sudan, Somali və Yəməndən ABŞ-a gəlmək istəyənlərə 30 gün viza verilməyəcək. Bundan əlavə, Suriyadan isə ikinci təlimata qədər heç bir qaçqının ölkəyə buraxılmaması nəzərdə tutulub.