AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İtaliya Toto Kutunyo ilə vidalaşıb

  • + A
  • - A
  • 24-08-2023, 15:40

    İtaliya Toto Kutunyo ilə vidalaşıb

    Çərşənbə axşamı uzun sürən xəstəlikdən sonra 81 yaşında vəfat edən müğənni və bəstəkar Toto Kutunyonun Milanda, Müqəddəs Nereus və Axilles kilsəsində dəfn mərasimi başa çatıb. Sənətçi ilə vidalaşmağa bir neçə yüz adam toplaşıb. Azadmedia.az xəbər verir ki, bu barədə TASS yazır.

    Kilsədəki mərasimə estrada müğənniləri Canni Morandi və Pupo qatılıb.

    Müğənninin cəsədi olan tabut yerli vaxtla saat 12:07 radələrində kilsədən çıxarılıb. Dəfn mərasimi uzun sürən alqışlarla başa çatıb, kilsəyə toplaşan Cutugno pərəstişkarları onun hiti L'italiano mahnısını oxumağa başlayıblar.

    Maestronun vəfatı ilə bağlı bir çox siyasətçi və sənət adamları tərəfindən başsağlığı verilib. Morandi onu “böyük italyan ənənəsinin müəllifi və ifaçısı” adlandırırdı. Məşhur italyan musiqiçisi və aktyoru Adriano Çelentano öz növbəsində yazıb: “Sən unudulmaz, böyük insan idin və qalacaqsan”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR