AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SEPAH Fars körfəzinin təhlükəsizliyi üçün 8 dövlətdən ibarət ittifaq təklif edir

  • + A
  • - A
  • 26-09-2023, 22:00

    SEPAH Fars körfəzinin təhlükəsizliyi üçün 8 dövlətdən ibarət ittifaq təklif edir


    "Fars körfəzi ölkələri 8 dövlətin ittifaqı çərçivəsində qarşılıqlı əməkdaşlıq vasitəsilə regional təhlükəsizliyi təmin etməyə qadirdir".

    Bunu bazar günü televiziyada yayımlanan verilişdə kontr-admiral Əli Rza Tanqsiri deyib.

    Onun sözlərinə görə, dəniz ittifaqı bölgə xalqına sülh içində yaşamağa kömək edəcək. Tanqsiri qonşu dövlətlərə xatırladıb ki, kənar şəxslər regionda özlərinin qeyri-qanuni mövcudluğuna haqq qazandırmaq üçün İranofobiyanı qızışdırırlar.

    Komandir xəbərdarlıq edib ki, xarici hərbi qüvvələr bölgədə silah satmaq və neft ehtiyatlarını talamaq məqsədi daşıyır.

    İyun ayında İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani bildirib ki, İran və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir sıra region ölkələri Hind okeanının şimal hissələrində yeni dəniz koalisiyası yaradacaqlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR