AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ermənistan Azərbaycanla döyüşməkdən qorxur, amma Rusiyaya müharibə elan edib” - Manukyan

  • + A
  • - A
  • 1-10-2023, 12:00

    “Ermənistan Azərbaycanla döyüşməkdən qorxur, amma Rusiyaya müharibə elan edib” - Manukyan


    “Ermənistan Azərbaycanla döyüşməkdən qorxur, amma Rusiyaya müharibə elan edib. Lakin gələcək hakimiyyət təkcə Rusiya ilə deyil, İran, ABŞ, Fransa, Hindistan, Çinlə də danışmalı olacaq”.

    Azadmedia.az “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın ilk Baş naziri Vazgen Manukyan müxalifətin İrəvanda keçirilən mitinqində deyib.

    O, Ermənistanın hazırkı hakimiyyətinin xarici siyasətini sərt tənqid edib:

    Onun fikrincə, hakimiyyət Rusiya ilə Türkiyə arasındakı yaxınlaşmanı nəzərə alaraq öz maraqlarından çıxış etməli, o anda vəziyyətin təhlükəli olduğunu anlamalı və bu vəziyyətdən ya itkisiz, ya da az itki ilə çıxmalı idi:

    “Lakin tam əksi oldu. Ermənistan Rusiyaya müharibə elan etdi. Lakin Rusiya kimi bu regionda gücü olan və vəziyyətə təsir edə bilən ölkələrlə danışmağı bacarmaq lazım idi”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR