İsrail ordusu HƏMAS-ın sahillərdə hücumlar həyata keçirmək üçün istifadə etdiyi dəniz obyektlərinə zərbələr endirdiyini bildirib.
Bu barədə İsrail ordusunun yaydığı press-relizdə məlumat verilib.
Qeyd olunub ki, İsrailə girmək istəyən dalğıc da öldürüb: “Son saatlarda terror təşkilatının İsrail sahillərində terror aktları törətmək üçün istifadə etdiyi Xan Yunis və Qəzza limanları da daxil olmaqla, HƏMAS-ın hərbi dəniz qurğuları hədəfə alınıb. Hədəflər raket katerlərindən, helikopterlərdən və yerüstü artilleriya batareyalarından artilleriya atəşinə məruz qalıb".
Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. Son məlumatlara görə, HƏMAS-ın hücumları nəticəsində ölənlərin sayı 1200 nəfərə çatıb, Fələstin tərəfi münaqişənin 830 qurbanı olduğunu bildirib. Bu gün İsrail ordusu HƏMAS-ın hərbi qanadının lideri Məhəmməd Deyfin Qəzza zolağındakı evini də hədəf alıb.("Kommersant")
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.