Avropa İttifaqı (Aİ) bu gün 4,2 milyard avroluq növbəti maliyyə yardımını Ukrayna hökumətinin hesabına köçürüb.
Azadmedia.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə adı çəkilən ölkənin baş naziri Denis Şmıqal məlumat verib.
Belə ki, onun sözlərinə görə, bununla da 2024-cü ilin əvvəlindən Aİ tərəfindən ölkəsinə dəstək məqsədilə verilən vəsaitin həcmi 12 milyard avroya çatıb.
Həmçinin sonuncu tranşın da qarşıdakı dövrdə maliyyələşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Aİ rəsmi Kiyevə 4,2 milyard avro vəsaitin ayrılması barədə qərarı avqustun 6-da təsdiqləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.