Moskva Lissabonun 6 rus yanğınsöndürmə helikopterini Kiyevə təhvil verməsini Rusiya-Portuqaliya münasibətlərindəki böhranı daha da dərinləşdirəcək düşmənçilik addımı kimi qiymətləndirir.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Belə ki, “Biz bu helikopterlərin Kiyev rejiminə verilməsi faktını kollektiv Qərbin Rusiyaya qarşı hibrid müharibə aparmaq və Ukraynada münaqişəni uzatmaq kimi cinayətkar kursuna uyğun olaraq ölkəmizə qarşı növbəti düşmən addımı kimi qiymətləndiririk”, - deyə diplomat qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.