Livanda son iki gündür peycer və rabitə cihazlarının partlaması nəticəsində ölənlərin sayı 37-yə çatıb.
Bu barədə məlumatı Livanın Səhiyyə Nazirliyi yayıb.
Bildirilir ki, sentyabrın 17-də baş verən hadisə zamanı 12, sentyabrın 18-dəki insidentdə idə 25 nəfər həlak olub.
Onların hər birinin “Hizbullah” hərəkatının üzvləri olduğu bildirilir.
Bununla yanaşı, 2750 nəfərin partlayış səbəbindən yaralandığı qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.