Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib, iki dövlətin başçıları ölkələr arasında əlaqələrin inkişafı və regionda sülhün bərqərar olması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.
Bu gün, yanvarın 8-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı iki qardaş ölkənin rəhbərləri gələcək ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparıb, qlobal və regional məsələləri müzakirə ediblər.
Türkiyə liderinin qeyd etdiyi kimi, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcək. Trend-in məlumatına görə, Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə Respublikası Cənubi Qafqaz regionunda sabit sülhün əldə olunmasını tam dəstəkləyir və hər zaman Azərbaycanın yanında olacaq.
Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan və Türkiyənin hər zaman bir-birinə yaxın olduğunu qeyd etdi.
Həmçinin, iki ölkə liderləri ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb, təmasların davam etdirilməsi məsələsini qaldırıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.