İsrail ümid edir ki, general Cozef Aunun Livan prezidenti seçilməsi respublikada vəziyyətin sabitləşməsinə kömək edəcək və mehriban qonşuluq münasibətlərinə yol açacaq.
Azadmedia.az xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar deyib.
Belə ki, "Uzun sürən siyasi böhrandan sonra Livanı yeni prezidentin seçilməsi münasibətilə təbrik edirəm. Ümid edirik ki, seçkilər sabitliyin möhkəmlənməsinə, Livan və onun xalqının daha yaxşı gələcəyinə və mehriban qonşuluq münasibətlərinin qurulmasına töhfə verəcək", - deyə nazir bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.