Masallı, 10 yanvar — Azadmedia.az
Beynəlxalq aləmdə yaşanan gərginliklər hər bir dövləti özünə etibarlı tərəfdaşlar seçmək, xarici siyasət kursunu rasional hədəflər üzərində qurmaq və bu hədəflərə dəstək ifadə edən ölkələrlə əməkdaşlığı gücləndirmək məcburiyyətində qoyur.
Azərbaycan bu gün Cənubi Qafqazın lideri olmaqla yanaşı, diplomatik müstəvidə effektiv fəaliyyət ortaya qoyaraq dünyanın müxtəlif təşkilatlarında nüfuzlu söz sahibinə çevrilməkdədir.
Prezident İlham Əliyevin xarici siyasət strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı kimi strukturlara uğurla sədrlik etdi, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, AQEM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digərlərində effektiv fəaliyyət göstərir. Prezident İlham Əliyevin diplomatik səyləri və qlobal təşəbbüsləri Azərbaycana COP kimi beynəlxalq miqyaslı tədbirə ev sahibliyi etmək hüququ qazandırdı.
Son zamanlar dünyada artan gərginlik, Ukrayna, Suriya, Qəzza problemləri, Gürcüstanda çevriliş cəhdi və digərləri uzun illər demokratiya və ədalətin carçısı libasında çıxış edən Avropa təşkilatları – BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, hətta NATO-nun belə səmərəli və optimal fəaliyyət ortaya qoya bilmədiklərini təsdiq edir.
Bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib. Otuz ilə yaxın bundan əvvəl yaranmış təşkilatın birinci genişlənmə qərarından sonra qəbul edilən ilk üzvün Azərbaycan olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir.
Bu, həm də Azərbaycanın yürütdüyü unikal diplomatiyanın növbəti uğuru kimi səciyyələndirilə bilər. Bu, eyni zamanda, regional və qlobal təşkilatlarda ardıcıl olaraq öz layiqli yerini tutan respublikamıza tərəfdaş ölkələrin dərin etimad və etibarının təzahürüdür.
Cənab Prezident İlham Əliyev də məsələnin mahiyyətini yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bəyan etdi. Otuz ilə yaxın bundan əvvəl yaranmış təşkilatın birinci genişlənmə qərarından sonra qəbul edilən ilk üzvün Azərbaycan olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir.Bu, ölkəmiz üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. “İslam Səkkizliyi” adlanan D-8 formatı siyasi nüfuzu ilə yanaşı, həm də böyük iqtisadi potensiala malik təsisat kimi mühüm statusa malikdir. Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda qurulan, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanı və hazırda Azərbaycanı öz sıralarında birləşdirən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı faktiki olaraq bundan sonra “İslam doqquzluğu”na çevrilmiş olur. Təşkilat regionda qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, iqtisadi və ticarət, nəqliyyat, kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir. Həmçinin, Şərqlə Qərb arasında iqtisadi-ticari körpü, nəqliyyat və kommunikasiyaların vəhdətində bu qurumun təsiretmə imkanları böyükdür.
Prezident İlham Əliyevin yeni əməkdaşlıq istiqamətlərinin açılması strategiyası real nəticələrini verir. Hazırda Azərbaycan Ərəb Dövlətləri Liqası, Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyi, Vışeqrad qrupu və digər formatlarda arzuolunan tərəfdaşlardan biri kimi qəbul edilir. Diplomatik zəfər artıq D-8 formatını da əhatə etməkdədir və ölkə ictimaiyyəti bu qurumun Azərbaycana gətirəcəyi dividendlərə rəğbətlə yanaşır.
Ceyhun Hüseynov. Masallı RMX, İƏ üzrə mütəxəssis