Kiyev və Vaşinqton artıq ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla inauqurasiya mərasimindən sonra keçiriləcək görüş üzərində işləyir.
Bunu Zelenski Varşavada Polşanın baş naziri Donald Tuskla keçirdiyi brifinqdə deyib.
"Komandalarımız artıq gələcək görüşün məzmunu və formatı üzərində işləyir. Orada əsas məsələləri müzakirə edəcəyik", - o bildirib.
Zelenskinin sözlərinə görə, Ukrayna üçün müharibəni ədalətli şərtlərlə bitirmək prioritetdir. Bu gün strateji təminatlar bunlardır: Avropa İttifaqına (Aİ) və NATO-ya üzvlük; Ukrayna Silahlı Qüvvələrinin silahla təmin edilməsi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.