AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkmənistandakı səfirlik: 20 Yanvar – Azərbaycanın şərəf və qəhrəmanlıq salnaməsidir

  • + A
  • - A
  • Bu gün, 11:26

    Türkmənistandakı səfirlik: 20 Yanvar – Azərbaycanın şərəf və qəhrəmanlıq salnaməsidir


    Bu gün Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən 35 il ötür.

    Bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyinin “News Central Asia”da dərc olunan məqaləsində deyilir.

    “Azərbaycanda milli-azadlıq hərəkatını yatırmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və ölkənin digər şəhərlərində keçmiş sovet ordusunun qüvvələri dinc əhaliyə qarşı vəhşicəsinə zorakılıq aktı törədib, nəticədə 150 ​​nəfər həlak olub, 744 nəfər ağır yaralanıb, 4 nəfər itkin düşüb”, - məqalədə bildirilib.

    Bundan dərhal sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı əməlləri pisləyib. Heydər Əliyev məhz bu bəyanat sayəsində informasiya blokadasını yara və baş verən hadisələrlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıra bilib.

    Materialda qeyd edilir ki, 20 Yanvar faciəsi Azərbaycanın milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, ölkənin dövlət müstəqilliyinin bərpası prosesində dönüş nöqtəsi olub: “Azərbaycan xalqı tarixi mübarizə ənənələrinə sadiqliyini nümayiş etdirib, yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq tarixində parlaq səhifə olub. 20 Yanvar təkcə faciə deyil, bu, Azərbaycan tarixinə Milli Qürur Günü kimi daxil olmuş hadisədir. Bununla Azərbaycan xalqı bütün dünyaya azad, suveren, müstəqil yaşamağa layiq olduğunu bəyan etmiş oldu”.

    Qeyd olunub ki, Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü ilin fevralında keçirilən növbədənkənar iclasında 20 Yanvarda Bakıda baş vermiş hadisələrə hüquqi-siyasi qiymət verilib, “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı qərar qəbul edilib, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilib.

    “Hər il yanvarın 20-də Azərbaycan xalqı şəhidlərin xatirəsini ehtiramla yad edir. Hər il bu gündə ölkədə kütləvi tədbirlər keçirilir, həmin tədbirlərdə Azərbaycan sakinləri Şəhidlər xiyabanını ziyarət edir, qəhrəmanlarını minnətdarlıqla yad edirlər”, - məqalədə göstərilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR