Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə gənclərin yenilikçi baxış bucaqlarının müstəqil olaraq səhnədə öz həllini tapa bilməsi məqəsədi ilə gənc rejissor Fuad Cavadzadənin quruluşunda əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin yeni adlı pyesi əsasında “Xeyir xəbər” tamaşası Sumqayıt Dövlət Dram Teatrında təqdim olundu. Ötən mövsun çox uğurla premyerası keçirilən tamaşa Sumqayıt ictimaiətinə, teatr sevərlərini, müharibə veteranlarına, qazilərinə və şəhid ailələrinə təqdim olundu.
Növbəti dəfə Mədəniyyət Nazirliyinin və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə Bölgə Teatrlarının Bakı premyeraları layihəsi ilə Bakı teatr sevərlərinə, teatr ictimaiyyətinə, tamaşaçılarına təqdim oldundu. Tamaşa eyni zamanda Mədəniyyət kanalı vasitəsi ilə canlı yayımlanmışdır.
Bu dəfə isə ölkənin əsas teatrlarından olan Azərbaycan Dövlət Milli Gənc Tamaşaçıları teatrında Bakı teatrsevlərinə, teatr ictimaiyyətinə, ziyalılarına və tamaçılarına uğurla təqdim olundu.
Bir hissəli qəhrəmanlıq dramı olan "Xeyir Xəbər" tamaşasının bədii rəhbəri Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının Baş rejissor Firudin Məhərrəmov, Quruluşçu rejissoru Fuad Cavadzadə, Quruluşçu rəssamı Nizami Dadaşov, Musiqi tərtibatçısı Sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev, Qrafika işləri isə Sahil Nəzərova məxsusdur.
Rollarda Əməkdar artist Elmira Kərimova aktyorlar Habil Xanlarov, Şəmistan Süleymanlı, Məryəm Hüseynli, Elay Xasıyev, Siyavuş Mahmudov, Akif Mirzəyev, Kamran Muradlı, Ramazan Xanlarov, Etibar Əmirov, Əmrah Cəbiyev çıxış edib.
Tamaşa 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz qələbəyə, şəhidlərimizin əziz ruhlarına, müharibə veteranlarına, qazilərimizə ithaf olunub. Qəhrəmanlıq dastanı olan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Şəhid və qazilərimizdən nə qədər danışsaq azdı.
Bu tamaşaya baxa- baxa 2020-ci ilə qayıtdım, şəhidlərimiz, qazilərimiz, qayıtmayan oğullar, həyacan, göz yaşları, anaların fəryadı, sonda isə Qələbə sevinci gəldi gözümün önünə, hər bir tamaşaçı qürur hissini qizlədə bilmirdilər. O qədər maraqlı tamaşa idi ki.
Zalda qazilərimizi də əyləşmişdi. Onlara baxdıqca, ürəyim dağ boyda oldu, bir daha onlarla fəxr etdim.
Tamaşa böyük maraqla, coşqu ilə qarşılandı.
Leyla Turan.