AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

HƏMAS Qəzza zolağında hakimiyyətdən imtina edə bilər

  • + A
  • - A
  • Dünən, 10:41

    HƏMAS Qəzza zolağında hakimiyyətdən imtina edə bilər

    HƏMAS qruplaşması hərbi əməliyyatlar dayandırıldıqdan sonra Qəzza zolağının idarə edilməsindən imtina edə bilər.

    Bu barədə “The Times of Israel” qəzeti “Al Arabiya” nəşrinə istinadən məlumat yayıb.

    HƏMAS-ın Siyasi Bürosunun nümayəndəsi Musa Əbu Mərzuk “Al Arabiya” nəşrinə bildirib ki, qruplaşma İsraillə müharibədən sonra Qəzza zolağını idarə etməyə can atmaya bilər. Onun sözlərinə görə, HƏMAS başa düşür ki, gələcəkdə sektorun idarə edilməsi üçün həm regional, həm də beynəlxalq dəstək, o cümlədən Fələstin Prezidenti Mahmud Abbasın dəstəyi lazım olacaq.

    Musa Mərzuk qeyd edib ki, qruplaşma Vaşinqtonun atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanın əldə edilməsində vasitəçiliyi fonunda ABŞ ilə Qəzza zolağında hökumətin formalaşdırılması barədə danışıqlar aparmağa hazırdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR