AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan: İlin sonuna qədər zəlzələ bölgəsində inşa ediləcək evlərin sayı 453 minə çatacaq

  • + A
  • - A
  • 5-05-2025, 16:08

    Ərdoğan: İlin sonuna qədər zəlzələ bölgəsində inşa ediləcək evlərin sayı 453 minə çatacaq

    İlin sonuna qədər zəlzələ bölgəsində inşa ediləcək evlərin sayı 453 minə çatacaq.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kızılay"ın 105-ci toplantısında çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, bu günə qədər artıq 201 min evin açarları sahiblərinə təqdim olunub:

    "İlin sonuna qədər 252 min əlavə ev və iş yeri ilə bu rəqəmi 453 minə çatdıracağıq".

    R.T.Ərdoğan zəlzələ bölgəsindəki şəhərləri əvvəlkindən daha güclü, müasir və zəlzələyə davamlı edəcəklərini ifadə edib.

    Qeyd edək ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündə dağıdıcı zəlzələ baş verib.

    Zəlzələ nəticəsində 50 mindən çox insan təlafatı olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR