AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı - 7 NƏFƏR DƏ ÖLÜB

  • + A
  • - A
  • 26-06-2020, 17:50

    Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı - 7 NƏFƏR DƏ ÖLÜB


    Son 24 saatda Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 517 yeni yoluxma faktı qeydə alınıb, 305 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 15369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8364 nəfər müalicə olunaraq sağalıb, 187 nəfər vəfat edib, 6818 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6980, ötən müddət ərzində isə ümumilikdə 456215 test aparılıb.

    Xatırladaq ki, 25 iyunda 547 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR