AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Zaminbank” ASC-nin sədri HƏBS EDİLDİ (YENİLƏNİB)

  • + A
  • - A
  • 1-07-2020, 21:10

    “Zaminbank” ASC-nin sədri HƏBS EDİLDİ (YENİLƏNİB)

    Zaminbank” ASC-nin sədri Nadir İsmayılov həbs edilib.

    Unikal.org-un əldə etdiyi məlumata görə, 20 milyon manatdan çox pul mənimsədiyi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən bankın sahibi saxlanılıb.

    Qeyd edək ki, bu gün Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qərarı çıxarılıb. N.İsmayılova AR Cinayət Məcəlləsinin 179.3.2 və 309.2.2 maddələri ilə cinayət işi açılıb.

    ***17:43

    “Zaminbank” ASC-nin sabiq sədri Nadir İsmayılov mənimsədiyi 24 milyon manat pulu yaxın qohumlarının adına götürüb.

    Unikal.org-un əldə etdiyi diaha bir məlumatda bildirilir ki, sabiq sədr sözügedən məbləği qardaşları Məzahir və Mahir İsmayılovlar, bacısı Afət İsmayılova, qardaşı uşaqları Asəf, Tural və Nicat İsmayılovlar, bacısının həyat yoldaşı Bünyatəli, bacısının filial müdiri işləyən həyat yoldaşı Natiq, qardaşının qudası Mehdinin adına götürüblər. Bildirilir ki, adları qeyd edilən Nadir İsmayılovun yaxın qohumları “Zaminbank” ASC-də müxtəlif vəzifələrə çalışırdılar.

    “Zaminbank” ASC 4 il bundan öncə müflis elan edilib.

    Unikal.org


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR