Nadir arvadına xərclədiyi məbləği açıqladı – 50 min

Müğənni Nadir Qafarzadə illər əvvəl həyat yoldaşı Sevinc üçün təşkil etdiyi konsertdən danışıb.
Dərgi.az-ın məlumatına görə, sənətçi “Səhər-səhər” verilişində “Yaşıl teatr”da baş tutan konsertə xərclədiyi məbləği açıqlayıb:
“Onsuz mənim bir günüm olmasın. Mənə elə gəlir ki, məni elə dünyaya o gətirib. O dərəcədə ona bağlanmışam. Həyat yoldaşım üçün olan konsertə 50 min pul xərcləmişdim. Yarım milyon istəsəydilər, onu da verəcəkdim. Başqasına etmədim ki, yoldaşıma etdim də”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.