AzadMedia

Məşhur Məmmədov: Xüsusi sessiyanın keçirilməsi beynəlxalq səviyyədə pandemiyaya qarşı güclü birliyin formalaşmasına töhfə verəcək

  • + A
  • - A
  • 2-07-2020, 12:18

    Məşhur Məmmədov: Xüsusi sessiyanın keçirilməsi beynəlxalq səviyyədə pandemiyaya qarşı güclü birliyin formalaşmasına töhfə verəcək

    “Müstəqil Azərbaycan dövləti inkişaf modeli və təkmil islahatları ilə daim dünya birliyinin diqqətindədir. Bu da beynəlxalq müstəvidə dostlarımızın, tərəfdaşlarımızın sayını getdikcə artırır, beynəlxalq təşkilatlarda ölkəmizin reytinqini yüksəldir. Bu günlərdə Azərbaycan dövlətinin getdikcə artan nüfuzunun bir daha şahidi olduq. BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın, etibarın növbəti göstəricisi oldu”. Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

    M.Məmmədov bildirib ki, dünyada koronavirus pandemiyasının tüğyan etdiyi ilk gündən ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürdü, məqsədyönlü addımlar atdı, təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də bu bəlaya qarşı mübarizədə fəal iştirak etdi. Belə ki, ölkəmiz, koronavirus pandemiyasından daha çox zərər çəkən 30-dan artıq ölkəyə yardımlar göstərdi, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə etdi.

    Millət vəkilinin sözlərinə görə, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda videokonfrans formatında keçirilən Zirvə görüşü dünya siyasətçilərinin əsas mövzusuna, kütləvi informasiya vasitələrinin manşet xəbərinə çevrildi. 120 üzv dövlətin yekdil dəstəyi ilə dünyanı çalxalayan koronavirus pandemiyası ilə mübarizəyə həsr olunan Zirvə görüşündə Prezident İlham Əliyev açılış nitqi ilə çıxış etdi. Dövlət başçısı koronavirus pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini xatırladaraq, bu bəlanın və onun fəsadlarının aradan qaldırılmasının Hərəkata üzv dövlətlərin və bütün bəşəriyyətin qarşısında duran ən vacib problem olduğunu vurğuladı. 2019-2021-ci illər üzrə Qoşulmama Hərəkatında sədrlik edən ölkə, dünya birliyinin məsuliyyətli üzvü kimi Azərbaycan diqqəti COVID-19-a qalib gəlməyin mümkünlüyünə, ümumi evimizin - planetimizin üzərinə qara kabus kimi çökən bəlanın öhdəsindən qarşılıqlı dəstək və birgə səylərlə gəlməyin yollarına yönəltdi.

    “Azərbaycan Prezidenti İlham Əliyevin hazırda rəhbərlik etdiyi Qoşulmama Hərəkatı ölkələri adından koronavirusla mübarizədə birgə tədbirlər görmək üçün BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət etməsi atılan addımların davamı oldu. BMT-nin Baş katibi mayın 28-də Baş Assambleyanın “Prosedur qaydaları”na müvafiq bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni, 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib. Mövcud qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə) təşəbbüsə dəstək verdiyi təqdirdə xüsusi sessiya təşkil olunmalıdır. Sözügedən müddətin bitməsinə qədər 130 ölkə təşəbbüsə dəstək verib”, - deyə deputat qeyd edib.

    M.Məmmədov söyləyib ki, bu çətin dövrdə Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi Azərbaycanın üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməsi örnəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq təşəbbüsünün dəstəklənməsi, beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi müstəqil Azərbaycana, onun Prezidentinə olan böyük etimadın, etibarın, inamın növbəti göstəricisidir.

    “Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyanın keçirilməsi beynəlxalq səviyyədə pandemiyaya qarşı güclü birliyin formalaşmasına təkan verəcək. Sessiya həm də bütün üzv ölkələrin problemin həlli istiqamətlərində səylərini birləşdirməklə COVID-19-a qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirməsinə mühüm töhfə olacaq”-deyə, deputat vurğulayıb.

    Məşhur Məmmədov: BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiya ilə mübarizədə dünya birliyində həmrəyliyin tam bərqərar olunmasına xidmət edəcək



    “Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü zərurətdən irəli gəlir. Etiraf etmək lazımdır ki, hal-hazırda dünyada koronavirus pandemiyası ilə mübarizə sahəsində müşahidə etdiyimiz vəziyyət o qədər də ürəkaçan deyil. Bəzən pandemiya ilə mübarizə prosesində çaşqınlıq, gərginlik müşahidə edilir, bəzi dövlətlər yalnız öz təcrübəsinə və resurslarına söykənərək bu qlobal bəlaya qalib gəlməyə çalışırlar. Lakin pandemiya qlobal xaraker daşıdığından, təbii ki, dünya dövlətlərindən həmrəyliyin nümayiş etdirilməsi və birgə səylərin göstərilməsi tələb olunur”. Bu fikirləri yap.org.az saytına .Milli Məclisin deputatı M.Məmmədov deyib.

    M.Məmmədov bildirib ki, pandemiyaya qarşı mübarizə prosesində səhiyyə sistemlərində olan boşluqların, dövlətlərin cəmiyyətlərinə sosial və iqtisadi təsirlərin aradan qaldırılması üçün onların genişmiqyaslı dəstəyə ehtiyacı var. Və bu dəstəyə məhz çoxtərəfli əməkdaşlıq və həmrəylik sayəsində nail olmaq mümkündür. Yalnız belə olan halda nəticələr əldə etmək mümkündür.

    “Bu baxımdan da, böyük ümidlər və əminlik var ki, BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiya ilə mübarizədə dünya birliyində həmrəyliyin tam bərqərar olunmasına, beynəlxalq çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhlükənin geri çəkilməsi üçün ən səmərəli və düzgün yolun tapılmasına xidmət edəcəkdir”-deyə, deputat qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    ]
    OXŞAR XƏBƏRLƏR

    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR