AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elnur Allahverdiyev seçicilərinə hesabat verdi

  • + A
  • - A
  • 8-08-2020, 10:59

    Elnur Allahverdiyev seçicilərinə hesabat verdi
    Milli Məclisin 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev seçicilərinə növbəti dəfə hesabat verib.

    AzadMedia.az xəbər verir ki, sosial şəbəkələrdəki hesablarından paylaşdığı infoqrafikada deputat iyul ayı ərzində seçici müraciətləri, onların təmin olunması, pandemiya ilə əlaqədar imkansız ailələrə paylanan ərzaq yardımı və dairə ərazisində həyata keçirilən infrastruktur işləri barədə statistik məlumat paylaşıb.

    Bildirilib ki, göstərilən müddətdə deputat 609 ailəyə ərzaq yardımı edib. Pandemiya dövründə bu yardım aksiyası davam edəcək.

    E.Allahverdiyev qeyd edib ki, fəaliyyəti ərzində seçiciləri ilə daim ünsiyyətdədir və onların problemlərinin həllində vasitəçi olmağa çalışır.

    Onun fikrincə, millət vəkili seçicisi qarşısında mütəmadi hesabat verməlidir.

    E.Allahverdiyev hesabat xarakterli informasiyanı seçiciləri ilə gələcəkdə də bölüşəcəyini bildirib: "Hesab edirəm ki, seçicilər önündə hesabat vermək də fəaliyyətimizin ayrıca istiqaməti olmalıdır. Bu məqsədlə sizə iyul ayındakı fəaliyyətimizlə bağlı statistik infoqrafikanı təqdim edirik. Çalışacağıq hesabat xarakterli məlumatı sizinlə mütəmadi bölüşək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR