AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı metrosu yenidən açılıb

  • + A
  • - A
  • 14-09-2020, 08:59

    Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq saat 06:00-dan Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilib.

    00:00
    Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq bu gün saat 06:00-dan Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilir.

    , 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılır.

    “İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə uyğun olaraq koronavirus infeksiyasının yayılmasına yol verilməməsi, sərnişinlərin sağlamlığının qorunması məqsədilə metropoliten ərazisində müvafiq tədbirlər görülüb.

    Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq və virusa yeni yoluxma hallarına yol verməmək üçün vətəndaşlardan mövcud karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara əməl etmək xahiş olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR