AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qarabağa köçürülən ermənilər Azərbaycana, Türkə “nifrət məktəbi” keçiblər”- Aqil Məmmədov

  • + A
  • - A
  • 14-09-2020, 12:52

    “30 ilə yaxındır işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistan son günlər, xüsusilə, Livandan olan ermənilərin torpaqlarımıza köçürülməsinə ciddi-cəhdlə çalışır. Artıq bunu təsdiqləyən müəyyən dəlillər ortaya çıxır. Bu, sözsüz ki, Azərbaycanda böyük narahatlıq yaratmaqdadır”.

    Bu fikirləri Turkustan.info saytına açıqlamasında Kəlbəcər rayonundan Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.

    Millət vəkilinin sözlərinə görə işğal müddətində Ermənistan işğal edilmiş ərazilərə başqa yerlərdən erməniləri gətirib məskunlaşdırmağa çalışsa da, indiyədək niyyətinə tam nail ola bilməyib: “Ermənistan işğal etdiyi ərazilərdə müəyyən infrastruktur layihələri həyata keçirsə də, bu ermənilər üçün cəlbedici olmayıb. Çəkilən yollar da, aparılan tikintilər də erməniləri işğal olunmuş ərazilərə köçməyə təşviq edə bilməyib. Bunun başlıca səbəbi ermənilərin bir xalq olaraq sayının az olması ilə bağlıdırsa, digər səbəbi bunun perspektivsiz iş olmasını dərk etmələri ilə əlaqədardır. Hər erməni yaxşı bilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində köçüb daimi yaşamaq perspektivi hər zaman risk altındadır. Azərbaycan imkan düşən ilk fürsətdə öz torpaqlarını işğaldan azad edəcək. Bu səbəbdən də, Ermənistanın məskunlaşma siyasəti iflasa uğuradığı üçün yaranmış boşluğu xaricdən ermənilərin gətirilməsi ilə doldurmaq istəyir. Suriya və Livandan ermənilərin köçürülərək ərazilərimizdə yerləşdirilməsi də bu məqsədə xidmət edir”.

    Millət vəkilinin fikrincə sözügedən ölkələrdən köçürülən ermənilərin işğal olunmuş torpaqlarımızda məskunlaşdırılması Azərbaycanın təhlükəsizliyi üçün təhdid yaradır: “İlk növbədə beynəlxalq konvensiyalar pozulur. Digər tərəfdən, Suriyadan, Livandan gətirilənlər terror təşkilatlarının təlim keçdiyi muzdlu döyüşçülər, daha dəqiqi terrorçular ola bilər. Biz bilirik ki. Həm Suriya, həm də Livan hər zaman erməni terrorçu təşkilatlarının təlim və sığınacaq yeri olub. Əminliklə deyə bilərəm ki, Livandan Qarabağa gətirilən ermənilər beyinləri Azərbaycana, Türkiyəyə qarşı “nifrət məktəbi” keçmiş ermənilərdir. Ona görə də, Ermənistanın bu addımı atmaqda məqsədi həm münaqişənin nizamlanması üçün aparılan danışıqlarını pozmaq, həm də, xaricdən gətirilən etmənilərdən muzdlu döyüşçü kimi Azərbaycana qarşı istifadə etməkdir”.

    A.Məmmədov bildirir ki, bu köçürümələrə ATƏT-in Minsk Qrupunun həmsədrləri və qrupa üz dövlətlər qarşı çıxmalı, kəskin mövqe ifadə etməlidirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR