AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-ın Texas ştatında "Qarabağ Azərbaycandır!" şüarı nümayiş etdirilib

  • + A
  • - A
  • 12-10-2020, 22:00

    Artıq həftələrdir, Xaricdə yaşayan azərbaycanlıların təşəbbüsü ilə "Qarabağ Azərbaycandır!" şüarının bütün dünyada təbliğ olunması kampaniyası davam edir.

    Diasporla İş üzrə Dövlət Komitəsindən AzadMedia.az - a verilən məlumata görə, Çexiyanın Praqa, Böyük Britaniyanın London, ABŞ-ın Nyu-York və Boston şəhərlərindən sonra "Qarabağ Azərbaycandır!" şüarının yazıldığı banner Texas ştatının Hyuston şəhərində nümayiş etdirilib.

    Qeyd edək ki, Hyuston Amerika-Azərbaycan Mədəniyyət Alyansının təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır" banneri şəhərin mərkəzində yerləşən avtomagistral yoldakı körpünün üzərindən asılıb. Bannerin bir neçə saat nümayiş etdirilməsi ilə sakinlərin diqqəti Qarabağ məsələsinə cəlb edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR