AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalq artisti Mənsum İbrahimov - "Azərbaycanın müstəqilliyi əbədidir, Müstəqilliyimiz mübarək olsun"

  • + A
  • - A
  • 18-10-2020, 20:26

    Xalq artisti Mənsum İbrahimov - "Azərbaycanın müstəqilliyi əbədidir, Müstəqilliyimiz mübarək olsun"






    “Və gördüyünüz kimi, bizim Azərbaycan əsgəri illərlə formalaşmış erməni mifin az müddətdə dağıtdı və Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdi”.


    Bu sözləri, Azərbaycanın xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru, dünyaca tanınmış “Qarabağ” muğam qrupunun rəhbəri Mənsum İbrahimov, AzadMedia.az – da Ülkər Piriyevaya, 18 oktyabr “Müstəqillik Günü” münasibəti ilə, açıqlamasında bildirib.

    Dünyaca tanınmış xanəndə Mənsum İbrahimov, “Bu gün Azərbaycan əsgəri Ali baş komandanın rəhbərliyi ilə yeni bir tarix yazır dünyanın gözü qarşısında. Hansı ki 27 il bundan öncə, BMT-nin qəbul etdiyi 4 qətnamə hansıki həyata keçirilməyib. Bu gün Azəbaycan əsgəri özü həyata keçirir və Azərbaycanın haqq işini dünyaya car çəkir və yerinə yetirir. Və bu gün, bütün xalqımız Ali baş komandamızın ətrafında bir müsəlləh əsgərdir.Çünki bizim işimiz haqq işidir, bizim heç kimin torpağında gözümüz yoxdu amma həç vaxt ölkəmizdə, ərazimizdə ikinci bir Erməni dövlətinin yaranmasına heçbirimiz ona, nə dövlətimiz nə halqımız razı olmaz və olmayacaq da.İnşallah ki, artıq proses başlayıb az qalıb bizim qələbəmizə ki, Şuşamızda Azərbaycanın üç rəngli bayrağını sacmağımıza, dalğalamasına və təbiki mən də söz verdiyim kimi, ali baş komandanın rəhbərliyi ilə zəfər bayramımızda, Şuşamızda Qarabağ şikəstəsin mütləq, təbiki ifa edəcəyəm.

    Və gördüyünüz kimi, bizim Azərbaycan əsgəri illərlə formalaşmış erməni mifin az müddətdə dağıtdı və Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdi. Amma təbii ki, bu gün, dünya ikili standart yeridir və bunu hamımız görürük, hansı ki, Gəncədə mülki əhaliyə qarşı törədilən hadisə, erməninin xisləti budur. O bizim uşaqlarımızla döyüşür, mülki əhalimizlə döyüşür, gücü onlara çatır, yəni. Evində rahat yatdığı yerdə, cəbhədən 100km uzaqda olan, Azərbaycanın ikinci şəhəri Gəncəyə raket atır. Əlbəttə ki, bütün dünya buna gərək, göz yummasın. Bu əlbəttə ki, bir terrordur. Təbii ki, vaxt gələcək, bunlar bütün dünyaya məhkəmələrdə cavab verəcək. Azərbaycanın işi haqq işidir. Qələbə bizimlədir, Qarabağ Azərbaycandır.

    Allah Ali baş komandanımızı qorusun və ordumuzu qorusun. Hər birimiz tezliklə, növbəti qələbə xəbərlərini gözləyirik. Və mən özümdə birbaşa qardaş Türkiyəyə təşəkkürlərimi bildirmək istəyirəm ki, hər zaman bizə mənəvi dəstək olduqlarına görə, hər zaman bizim yanımızda olduqlarına görə, deyə qeyd edib.

    O eyni zamanda, Türkiyənin Cumhurbaşkanı hörmətli Rəcəb Tayyip Ərdoğan başda olmaqla, 83milyonluq Türkiyə xalqına, Türk qardaşlarımıza öz minnəttarlığımı bildirirəm.

    Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Bir millət, iki dövlət”, artıq bu bütün dünyaya sübut olundu.
    Var olsun, Türkiyə Azərbaycan qardaşlığı!
    Bir daha qeyd edirəm, Qarabağ Azərbaycandır!, Azərbaycanın müstəqilliyi əbədidir və müstəqilliyimiz mübarək olsun!, deyə bildirib.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR