AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SƏNƏ BORCUM NƏDİ MƏNİM?

  • + A
  • - A
  • 21-11-2020, 11:39



    Y gözümün nuru dünya,
    Ay ümidi duru dünya,
    Ay arzumun yarı dünya
    Sənə borcum nədi mənim?

    Aylı gecə, nurlu gündüz,
    Saçı bulud, dənli gündüz,
    Ay haraylı ünlü gündüz
    Sənə borcum nədi mənim?

    Həsrət yüklü Xan Arazım,
    Suyu lal axan Arazım,
    Həsrətlə baxan Arazım,
    Sənə borcum nədi mənim?

    Ay payıma düşən istək,
    Dillın görüm minnətçi tək,
    Sadala arzunu görək:
    Sənə borcum nədi mənim?

    Çəliyini çəkən ömür,
    Gıncliyimi sökən ömür,
    Həsrət evi tikən ömür,
    Sənə borcum nədi mənim?

    Qürub evim ana toroaq
    Həm ümüdsən, həm də haqq.
    Çoxda səninkiyəm bir vaxt
    Sənə borcum nədi mənim????

    Yusif Məhəmmədoğlu


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR