AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elza Seyidcahan: "Mən piano ilə sevişirəm, onu doğuzdururam"

  • + A
  • - A
  • 4-05-2019, 15:40

    Elza Seyidcahan: "Mən piano ilə sevişirəm, onu doğuzdururam"














    Əslində seks pis şey deyil ki. Sevgidi də seks. Mahnının əmələ gəlməsi də bir seksdi belə baxanda. Mən piano ilə sevişirəm. Onu doğuzdururam. Və bir mahnı yaranır, əsər yaranır.
    Bunu əməkdar artist Elza Seyidcahan axsam.az-a müsahibəsində deyib.

    E. Seyidcahan qeyd edib ki, o seksual şeirlər yazmır:

    "O əsərlə mən yaşayıram. Kim yozursa özü elə başa düşür deyə elə yozur. Yox əgər şeirimdə eşq tapırlarsa, mən onlara da hörmətlə yanaşıram. Amma hər şeydə məhəbbət olmalıdı, eşq olmalıdı".
    Artist qeyd edib ki, hələ də borclu qaldığı adamlar var:

    "Desəm inanmazsan. Kürəkənim Elxan demişdi ki, konsertə on gün qalmış şou-proqramlara getməyim. On nədi, bir gün qalmış – sabah kosertdi e – durdum getdim şou-proqrama. Bir saat oxudum ki, o pulla kiminsə haqqını ödəyə bilim. Bircə aparıcıdan xahiş elədim ki, deməsin səhər konsertim olduğunu. Camaat mənim haqqımda nə fikirləşər? Konsertin səhəri günü də elə onun kimi. Kim olsa mənim yerimə, o boyda dəsgahdan sonra tərpənə bilməz. Yenə yollandım şou-proqrama. Oxudum, pulumu qazandım".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR