AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb - FOTO/VİDEO

  • + A
  • - A
  • 23-11-2020, 20:43


    Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Gülablı kəndində yerləşən keçmiş orta məktəbdə üçrəngli dövlət bayrağımızı yüksəldiblər.

    AZƏRTAC xəbər verir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi məktəbin ərazisi mina və digər partlayıcılardan təmizlənib.

    Sonra hərbçilərimiz Gülablı kənd orta məktəbinin qarşısında sıra düzülüşündə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Dövlət Himni ifa olunub. “Qarabağ Azərbaycandır!” deyən döyüşçülər Azərbaycan bayrağını dalğalandırıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR