AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransanın səkkiz senatoru Qarabağla bağlı qətnaməyə verdikləri səsi geri götürdü

  • + A
  • - A
  • 26-11-2020, 18:11




    Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senator səslərini geri götürüb.

    “Report” xəbər verir ki, qətnaməyə səs verən senatorlar Ferat Fransuaz, Filip Bonnekağye, Alan Difuğ, Evelin Peğu, Nadia Solloqub səslərini geri götürərək bitərəf olduqlarını bildiriblər. An-Katrin Lozye, Hav Muağvi və Jan-Pyer Muga isə səslərini geri götürərək, ümumiyyətlə, səsvermədə iştirak etməkdən imtina etdiklərini bildiriblər.

    Dəyişikliklərlə bağlı müraciətlər qəbul edilib və səsvermənin nəticələri dəyişdirilib.

    Xatırladaq ki, qətnamə layihəsi 305 səslə qəbul olunmuşdu. İndi qətnaməyə səs verən senatorların sayı 297 olub.

    Qeyd edək ki, Fransa XİN Senatın Qarabağla bağlı qətnaməsini pisləyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR