AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADAU könüllüləri ilə fəxr edir

  • + A
  • - A
  • 2-12-2020, 22:07




    44 gün davam edən Vətən Müharibəsində iş yerindən, vəzifəsindən asılı olmayaraq bütün vətənini sevən qəhrəman oğullar silaha sarılaraq könüllü Vətənin çağırışına yollandılar. Çünki onlar bilirdilər ki, bu savaş Azərbaycanın haqq işidir. Ana Vətən saydıqları Vətən dardadır, onun ərən oğullarına ehtiyacı var. Elə könüllülərin çox olması, onların xidmətdə olan hərbçilərə ruh yüksəkliyi verməsi, arxa cəbhədəkilərin onlara xeyir-duası möhtəşəm qələbəmizi bir az da tezləşdirdi. Sevindirici haldır ki, Azərbaycan Dövlət Aqrar Universitetinin 6 əməkdaşı da sentyabr ayının 27-dən könüllü olaraq hərbi xidmətə yollanıblar.
    Qurban Qurbanov- KTM kafedrasının baş müəllimi, Zaman Zeynalov- İTS kafedrasının dosenti, Namiq Cəfərov - DNŞ-nin müdiri, Elcan Məmmədov- Mətbuat xidmətinin rəhbəri, Fariz Süleymanov- Aqrar İqtisadiyyat kafedrasının assistenti və Asif Hacızadə - 1 saylı yataqxananın nəzarətçisi ADAU-nun könüllüəridir.

    Qeyd edək ki, Asif Hacızadə - 1 saylı yataqxananın nəzarətçisi həm də Vətən Müharibəsi zamanı Qazi mərtəbəsinə yüksəlib.
    Bütün .Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə və hərbçilərimizə can sağlığı arzulayırıq.

    ADAU ONLARLA FƏXR EDİR!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR