AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADAU şəhidləri kollektivin qəlbində həmişə yaşayacaq

  • + A
  • - A
  • 20-11-2020, 09:31

    ADAU şəhidləri kollektivin qəlbində həmişə yaşayacaq

    8 Noyabr – Şuşa qələbəsindən üzü bu yana Azərbaycan xalqı bir-birini əvəzləyən bayram günlərini böyük coğqu ilə qeyd edir, 30 il alnımıza yazılan məğlubiyyət damğasını qürurla silən müzəffər ordumuzun qələbəsi sayəsində şəstlə qalib ölkənin vətəndaşları kimi hələ də qələbəli günlərin eyforiyasındayıq. Lakin müharibənin, qələbənin sevinc gətirən tərəfləri olsa da, nə yazıq ki, qələbə üçün yaralanan, şəhid olan vətən oğullarımız da az olmadı. Məhz canından keçən igidlərimizin qanlarının torpağa qarışması nəticəsində torpaq daha müqəddəs olur, torpağın dəyəri insan üçün canından qiymətli olur.

    Sosial şəbəkədə vətən uğrunda canlarını fəda edən şəhidlərin fotolarını gördükcə, köks ötürməmək, göz yaşı və ürək ağrısı ilə onları yad edib, rəhmət diləməmək mümkün deyil...

    Vətən uğrunda, torpaq uğrunda hər eldən, hər obadan, hər şəhərdən, hər kənddən canını qurban verənlərlə yanaşı, ölkənin bütün ali təhsil ocaqlarının tələbə və məzunları arasında da şəhidlər var.

    Ən ali təbəqə olan Şəhidlik zirvəsinə ucalan igidlərimizin cərgəsində ADAU-nun tələbə və məzunları da var.

    Aqrobiznes və idarəetmə fakultəsinin "mühasibat uçotu və audit ixtisası" üzrə qiyabi 2-ci kurs tələbəsi Hüseyn Qəribzadə, "Aqrar Iqtisadiyat" fakültəsinin "Mühasibat uçotu və audit" ixtisasının 2010-2014 məzunu Təbriz Bəkirov, ADAU-nun məzunu, Bakalavriat və Magistratura səviyyələri üzrə məzunu İlkin Məmmədzadə, Bakalavriat və Magistratura səviyyələri üzrə məzunu Məmmədov Anar, Aqronomluq fakültəsinin Meşəçilik ixtisası üzrə 2020-ci il məzunu Hüseynzadə Səməd, məzun Rauf Əsgərov, "Elektroenergetika mühəndisliyi" fakültəsinin 2015-ci ilin məzunu Əliyev Emil, Daşdəmirov Elfaq "Elektrik mühəndisliyi" ixtisası üzrə 2017- ci ilin məzunu,
    Mahmudov Elşad "Mühasibat uçotu və audit" ixtisası üzrə 2018-ci ilin məzunu Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşlar.
    Biz şəhidlərimizə Allahdan rəhmət diləyir, onların işıqlı xatirəsi önündə baş əyirik. Onların xatirəsi bütün ADAU heyətinin qəlbində əbədi yaşayacaq. Şəhidlər ölməz, Vətən bölünməz! Dərslər müntəzəm davam edəndə Universitetə daxil olan bütün kollektiv Şəhid Məzunlarının xatirə lövhəsinin qarşısından keçməklə, hər gün sabitliyə görə, qələbəyə görə onlara minnətdarlıqlarını bildirib ruhlarını şad edəcəklər. Virusla bağlı qadağalar aradan götürüldükdən sonra ADAU hər bir şəhid məzun və tələbəsinin həyatını əks etdirən foto-guşə hazırlayıb, Universitetin girişində yaradılan guşəyə qoyacaq, bütün tələbələr qəhərman oğullarımız və onların keçdiyi şərəfli ömür yolu barədə məlumatlı olacaqlar.

    Allah Vətən yolunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

    Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrobiznes və idarəetmə fakültəsinin "Mühasibat uçotu və audit ixtisası" üzrə qiyabi 2-ci kurs tələbəsi Hüseyn Qəribzadə


    Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bakalavriat və magistratura səviyyələri üzrə məzunu İlkin Məmmədzadə


    Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bakalavriat və magistratura səviyyələri üzrə məzunu Məmmədov Anar Qəhrəman oğlu


    Şəhid Səməd İkram oğlu Kərimov


    ADAU-nun "Aqrar Iqtisadiyat" fakültəsinin "Mühasibat uçotu və audit" ixtisasının 2010-2014 məzunu Təbriz Bəkirov

    Şəkil Hüseynzadə Səməd Sətdar oğlunun ADAU-da anım mərasimində çəkilib


    Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin “Meşəçilik” ixtisası üzrə 2020-ci il məzunu Hüseynzadə Səməd Sətdar oğlu


    ADAU “Balıqçılıq” ixtisasının məzunu Ilkin Məmmədzadə

    Əliyev Emil 2015-ci ilin məzunu "Elektroenergetika mühəndisliyi" ixtisası

    Rauf Əsgərov 1978 təvəllüdlüdür. ADAU-nu bitirib.

    Mahmudov Elşad 2018-ci ilin məzunu "Mühasibat uçotu və audit" ixtisası

    Daşdəmirov Elfaq 2017- ci ilin məzunu "Elektrik mühəndisliyi" ixtisası


    Ruhlarına dərin hörmət və ehtiramla!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR