AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Tariximizi unutmağa əsla və əsla haqqımız yoxdur, çünki...”

  • + A
  • - A
  • 21-12-2020, 11:03


    Məşhur Məmmədov: “Bu gün başımıza gələnləri unutsaq, sabah başqa faciələrlə üzləşərik”

    “Tariximizi unutmağa əsla və əsla haqqımız yoxdur, çünki...”

    Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində tarix yazdığı, erməni işğalçılarını sadəcə məğlub deyil, həm də rüsvay etdiyi hər kəsə məlumdur. Müharibədən dərhal sonra dövlətimiz tərəfindən Vətən Müharibəsində şəhid olan, sağlamlığını itirən, qəhrəmanlıq göstərən hərbçilərimizin xatirəsinin əbədiləşdirilməsi, onların müxtəlif fəxri adlar, orden və medallarla təltif edilməsi prosesinə start verildi ki, bu da Azərbaycan dövlətinin öz qəhrəmanlarına olan münasibətini əks etdirir. Bəs bu müharibədə göstərilən qəhrəmanlıqların, fədakarlıqların təbliği və əbədiləşdirilməsi məsələsində mədəniyyət və incəsənət xadimlərinin də yaxından iştirakı nə dərəcədə arzuediləndir?

    Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov, tariximizin təbliği prosesində hər kəsin aktiv olmasının zəruriliyinə diqqət çəkdi:

    “Məsələ bundadır ki, ermənilər bütün əsrlər boyu hər zaman öz övladlarını bizə nifrət ruhunda böyüdüblər. Onlar övladlarına kiçik yaşlarından təbliğ edirlər ki, guya ermənilər qədim sivilizasiya və mədəniyyətə malik xalqıqdır. Guya onların tarixdə böyük imperiyaları olub və s. Aydındır ki, bütün bunların hamısı cəfəngiyyatdır və heç bir tarixi fakta söykənmir. Vətən Müharibəsində ermənilərin törətdiyi vəhşiliklər – dinc insanları hədəf alması, meşələri yandırması və s. onların hansı “mədəniyyətə” malik olduğunu bir kəs daha bütün dünyaya göstərdi.

    Hesab edirəm ki, biz hər zaman müharibənin fəsadları ilə yanaşı, ona aparan yol, əldə edilən qələbə və onun mahiyyətini təbliğ etməliyik. Çalışmalıyıq ki, insanlarımızın yaddaşında bu həqiqətlər həmişəlik həkk olsun. Çünki bunları yaddan çıxarmaq olmaz. Əgər biz bu gün başımıza gələnləri unutsaq, sabah başqa faciələrlə üzləşərik. Bunu da qeyd edim ki, Azərbaycan həqiqətləri, Azərbaycan tarixi, xalqımızın haqq işi, bu yolda aparılan mübarizə, verdiyimiz qurbanlar və s. ilə bağlı ən böyük təbliğatçı cənab prezidentimizin özüdür. Ölkə başçısı daim Ermənistanın işğalçılıq siyasətini ifşa edir, xalqımızın apardığı mübarizəyə diqqət çəkir, şəhidlərimizi yad edir, gördüyümüz və görməli olduğumuz işlərdən bəhs edir. Bizim mədəniyyət və incəsənət xadimləri də - yazıçılar da, şairlər də, elm adamları da, siyasətçilər də, müəllimlər də bu prosesdə yaxından iştirak etməli, bu yöndə təbliğat aparmalıdır. Biz öz qəhrəmanlarımızı, tariximizi, şəhidlərimizi, qazilərimizi unutmamalı, unuturmamalıyıq. Bu istiqamətdə daim təbliğat işləri, maarifləndirmə işləri həyata keçirilməlidir. Bu məsələdə hər kəs əlindən gələn işi görməlidir. Yaddan çıxarmamalıyıq ki, tariximizi unutmağa haqqımız yoxdur”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR