AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tanınmış həkim vaksinlərlə bağlı çağırış etdi

  • + A
  • - A
  • 15-01-2021, 13:13

    Tanınmış həkim vaksinlərlə bağlı çağırış etdi

    Vaksinlərlə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər dolaşır. Kimisi sonsuzluğa gətirəcəyini, kimsi ömrü qısaldacağını yazır. Tanınmış həkim, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev sosial şəbəkə üzərindən vətəndaşlara müraciət edib, onları yalan məlumatlar verməməyə səsləyib. Azadmedia.az həkimin sosial şəbəkə üzərindən müraciətini oxuculara təqdim edir:

    "Əziz dostlar, çox xahiş edirəm vaksin-peyvənd haqqında elmi əsası olmayan, dəqiq bildiyiniz faktlarla əsaslanmayan dezinformasiyaları, neqativ fikirləri paylaşmayın! Ay bu qədər adam öldü, ay birinin ağzı əyildi, ay nə bilim birinin gözü qıyıldı və s. Bunlar boş boş söhbətlərdir! Bu təxribatdır! Düşmən dəyirmanına su tökməyək! Dünyada bəzi qüvvələr var ki, pandemiyanın uzanması onlara sərf edir, ona görə də sadəlövh insanlardan istifadə edərək belə dezinformasiyaları yayırlar! Ehtiyatlı olun! Pandemiyanı bitirib normal həyata qayıtmağın yeganə yolu vaksinasiyadır! Mütləq şəkildə! Başqa yol yoxdur! Vaksin elmin məhsuludur! Dahi Nizami Gəncəvi demiş:

    Qüvvət elmdədir, başqa cür heç kəs!

    Heç kəsə üstünlük eyləyə bilməz!

    Onlarla alim gecəsini-gündüzünə qataraq, zəhmətlə, əzab əziyyətlə bəşəriyyəti xilas etmək üçün hazırlayıb vaksinləri! Alimlər bəşəriyyətin çırağıdır, nurudur! Həqiqi alimləri deyirəm ey, day bizdəki kimi 80% geydirməni demirəm!".

    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR