AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyəli hərbi ekspert Coşqun Başbuğ - "Türkiyə gəmisinə hücum planlı ola bilər"

  • + A
  • - A
  • 24-01-2021, 21:14


    AzadMedia.az xəbər verir ki, Türkiyəli hərbi ekspert Coşqun Başbuğ “A Haber”ə açıqlamasında, "Qvineya körfəzində türk gəmisinə hücumun planlı şəkildə törədildiyini ehtimal edirəm".

    Belə ki, “İstanbul” freqatının suya endirildiyi vaxtda belə bir hücumun törədilməsi Türkiyəyə mesaj ola bilər. Bildiyiniz kimi, həmin bölgədə Fransanın təsiri çox böyükdür. Bu nöqtədə dəniz quldurlarından istifadə edə bilərlər. Türkiyənin Şərqi Aralıqda və Afrikada atdığı addımların bəzi Qərb qüvvələrini narahat etdiyini xatırlamaq yerinə düşər”, - ekspert bildirib.

    Qeyd edək ki, “Boden” türk şirkətinə məxsus "M/V Mozart" adlı gəmi nigeriyalı dəniz quldurları tərəfindən hücuma məruz qalıb. Dəniz quldurlarının hücumu nəticəsində 15 nəfər girov götürülüb, 2-ci azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb.

    Türkiyəli hərbi ekspert Coşqun Başbuğ - "Türkiyə gəmisinə hücum planlı ola bilər"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR