AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Niderland polisi dünyanın ən təhlükəli narkobaronunu tutub

  • + A
  • - A
  • 24-01-2021, 21:21

    Niderland polisi dünyanın ən təhlükəli narkobaronunu tutub
    Azadmedia.az xəbər veir ki, Niderland polisi böyük narkokartelin başçısı, Çin əsilli Kanada vətəndaşı, “Asiyadan olan El Çapo” ləqəbli Se Çi Lopu həbs edib.

    Belə ki, 57 yaşlı Se Çi Lop Avstraliya hakimiyyətinin sorğusuna əsasən Sxipxol aeroportunda tutulub. O, saxlanılarkən polisə müqavimət göstərməyib. Hazırda Niderland polisi narkokartelin başçısının Avstraliyaya verilməsi məsələsi üzərində işləyir.

    Qeyd edək ki, Se Çi Lop dünyada ən çox axtarılan cinayətkarlardan biridir. Onun narkokartelinin illik dövriyyəsi 90 milyard Avstraliya dolları (təxminən 70 milyard ABŞ dolları) həcmində qiymətləndirilir. Avstraliya polisinin hesablamalarına əsasən, “Asiyadan olan El Çapo” ölkəyə gətirilən narkotik vasitələrin 70 faizinə görə məsuliyyət daşıyır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR