AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Masallı Təhsil Fondu"nun əməkdaşları növbəti görüş keçirdi

  • + A
  • - A
  • 13-02-2021, 21:15


    Hüseyn Hüseynov,
    "Masallı Təhsil Fondu"nun direktoru

    Bu gün "Masallı Təhsil Fondu"nun əməkdaşları sosial məsafə gözlənilməklə növbəti görüş keçirdi. Görüşdə "Masallı Təhsil Fondu"nun əməkdaşları 70 saylı seçki dairəsinə daxil olan umumtəhsil məktəblərinin qız məzunlarının Ali məktəblərdə 1-ci semestr imtahanların nəticələrini muzakirə etdilər.
    Qızlarımız ali məktəblərdə oxuduqları az müddətdə uğurlu nəticələr əldə etmişlər. Ümüd edirik ki, onlar 2-ci semester imtahanlarından uğurlu nəticə əldə edəcəklər.
    Fevral ayının sonunda uğurlu nəticə əldə etmiş bütün tələbələrin ödənişləri və təqaüdləri Fond tərəfindən ödəniləcək.
    Qızların təhsilə cəlb edilməsi istiqamətində işlər aparılır. Bu məqsədlə 25 tam orta məktəblərdə təhsil alan və ali məktəblərdə oxumaq istəyən 180 nəfər qızlara kömək məqsədi ilə "Masallı Təhsil Fondu" tərəfindən gətirilən test kitablarının verilməsinə başlanmışdır. Verilən hədiyyələrdə Azərbaycan dili, Riyaziyyat test toplusu abituriyent jurnalı və cavab kartları nəzərdə tutulmuşdur. "Masallı Təhsil Fondu" təkcə 70 saylı seçki dairəsinə daxil olan 25 umumtəhsil məktəbləri deyil Rayonun digər məktəblərinədə hədiyyə verilməsi nəzərdə tutulmuşdur. Görüş zamanı istedadlı şagirdlərin aşkar edilməsi məqsədi ilə Masallı Dövlət Regional Kallecində 44günlük qələbəmizi qeyd etməklə Təhsil Fondu inşa müsabiqəsinin keçirilməsini nəzərdə tutur. Tələbələr hələlik karantin dövründə dərsləri onlayn usulu ilə keçirlər. Dərslər başlanan kimi Təhsil Fondu bu tədbiri yerinə yetirəcək,həmçinin Rayonun ümumtəhsil məktəblərində də musabiqənin aparılması nəzərdə tutulur.
    Müsabiqədə :
    1-ci yer bir nəfər
    2-ci yer 2nəfər
    3-cu yer 2nəfər olmaqla qaliblər müəyyən ediləcək və onlar Fond tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
    Görüşdə Azərbaycan Respublikası Milli Məclisin deputatı Məhşur Məmmədov iştirak etdi. Millət vəkili "Masallı Təhsil Fondu" nun işlərinə uğurlar dilədi və öz tövsiyyələrini bildirdi. "Masallı Təhsil Fondu" ali məktəblərdə təhsil alan qızları 20 fevral 2021ci il tarixdə saat 11-00da Təhsil Fonduna görüşə dəvət edir.
    Görüşdə tələbələrin 1ci yarımildə ali məktəblərdə necə oxumaları muzakirə ediləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR