AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İraqda antiterror əməliyyatı - 13 Türkiyə vətəndaşı şəhid oldu

  • + A
  • - A
  • 14-02-2021, 12:20



    Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Gara bölgəsində davam edən “Pençe Kartal-2” antiterror əməliyyatı nəticəsində 48 terrorçu zərəsizləşdirilib, 2-si isə sağ ələ keçirilib.  

    “Qafqazinfo” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

    Onun sözlərinə görə, PKK-nın törətdiyi terror aktı nəticəsində Türkiyənin 13 mülki vətəndaşı şəhid olub. Bundan əlavə, Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi həlak olub, 3 hərbçi isə yaralanıb.

    Qeyd edək ki, bununla əlaqədar olaraq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qardaş ölkəyə başsağılğı verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR